Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərlə arvad 5 yaşlı qıza təcavüz etdilər, - videosunu yaydılar

İngiltərənin Plimut şəhəri bu məhkəmə prosesi ilə "çalxalanır".

Sara Qotemlə Kreyq Forbs 5 yaşlı qıza vəhşicəsinə təcavüz etməkdə, üstəlik bu təcavüzün videosunu internetdə translyasiya etməkdə suçlanırlar.

Mynews.az Milli.Az-a istinadən bildirir ki, ərlə arvad tovlayaraq evə saldıqları 5 yaşlı qıza güclü trankvilizator dərmanları verərək uşağın yuxuya getməsini, anlaqsız olmasını gözləyiblər.

Daha sonra onlar qıza dəfələrlə təcavüz ediblər və bu iyrənc əməllərinin videosunu veb-kamera vasitəsilə internetdə translyasiya ediblər.

Translyasiyasının müştərisi isə ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhərində yaşayan qadın pedofil idi.

Olayı ABŞ-ın Federal Təhqiqat Bürosu da araşdırıb. Bəlli olub ki, Skype vasitəsilə translyasiya olunan iyrənc mənzərələrin müştərisi "Bad Girl Next Door" nikli 26 yaşlı pedofil qadınmış.

Həmin qadın artıq həbs olunub.

Sara Qotemlə Kreyq Forbsun hər birini minimum 20 il həbs gözləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...