Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qardaş qardaşı öldürdü - YENİLƏNİB

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda - 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşı bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Əliyev Əli Ramazan oğlu cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü ildə anadan olmuş Əliyev Murad Ramazan oğlu isə konq-fu idman növü üzrə peşəkarlaşıbmış.

Bildirilir ki, qardaşı tərəfindən qətlə yetirilən Murad Əliyev Çevik Polis Alayında polis serjantı kimi fəaliyyət göstərirmiş. Hadisəni törədən 27 yaşlı Əli isə bir müddət əvvəl Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, olay vaxtı evdə onların anası olub. Qardaşlar anaları eyvanda olarkən dalaşmağa başlayıblar. Qadın deyib ki, onlar televizorun pultu üstündə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Bu zaman əsəblərinə hakim ola bilməyən Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirərək onu öldürüb. 27 yaşlı oğlan daha sonra evdən qaçıb.

11:26

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Mynews.az Report.az-a istinadən məlumatına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib.

Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...