Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Goranboyda avtomobil aşdı: - yaralılar var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.

Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıb. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...