Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə kafe yanıb

Gəncədə kafedə yanğın olub. 

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata, görə hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Kifayət Qarayevaya məxsus ümumi sahəsi 300 kvadratmetr olan iaşə obyektinin 90 kvadratmetrlik hissəsinin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Alov həmçinin obyektdə olan 3 soyuducunu da sıradan çıxarıb. Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...