Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsi yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib

Proses avqustun 7-də davam etdiriləcək.

İttihama görə, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...