Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qubada ağır yol qəzası, ölən və yaralanan var

Quba rayonunun Güləzi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.

Avqustun 3-də, saat 18:00 radələrində Quba rayonunun Güləzi kəndi ərazisində Bakı şəhər sakini Vüsal Səmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini Samir Behbudov hadisə yerində ölüb, sürücünün özü isə xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...