Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Gelandewagen"də ölən Mehdi kimdir? - YENİ FAKTLAR

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada həlak olan "Mercedes Gelandewagen" markalı avtomobilinin sürücüsü Mehdi Əliyev barədə yeni məlumatlar daxil olub.

Mynews.az femida.az-a istinadən xəbər verir ki, Mehdi Əliyev sadə bir ailənin övladıdır. 1987-ci ilin aprelin 16-da Bakı şəhərində anadan olub. Bir müddət Bakı şəhərində yerləşən R&B kafedə çalışıb. 

Mehdi Əliyevin ailəsi isə heç də imkanlı olmayıb. Femida.az-ın əldə etdiyi məlumata görə, bir neçə il əvvəl ailə həyatı quran Mehdinin bir oğul övladı var.

Hadisənin baş verdiyi "Mercedes Gelandewagen" markalı avtomobil ona məxsus olmayıb. Məlumata görə, Mehdi Əliyev taksi və şəxsi sürücü işləyib. Qəza da həmin vaxt baş verib.

Dostlarının sözlərinə görə, Mehdi Əliyev xasiyyətcə çox təmkinli və sadə bir insan olub. Hətta bir neçə dəfə dostları ilə birlikdə internat evlərinə uşaqlara da yardım edib. 

Xatırladaq ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...