Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda həkim rüşvət vermədiyi üçün xəstəni otaqdan qovdu - VİDEO

Bakıda Nərmianov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanada həkim xəstədən qeyri-qanunu pul tələb edib.

Mynews.az  publika.az-a istinadən xəbər verir ki, analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib. Xəstə isə ödəniş edəcəyi təqdirdə çek istəyib. Cavabında isə "çek verilmir” ifadəsini alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, müvafiq rayon üzrə qeydiyyatda olmayan şəxslər analiz vermək üçün qeydiyyata düşməlidir:

"Bəzən rayonlardan gəlib Bakıda yaşayan əhali qeydiyyata düşmür. Qeydiyyata düşəndən sonra analizdən keçmək pulsuzdur. İstənilən halda Səhiyyə Nazirliyi məsələni araşdıracaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...