Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BMT-nin Bakıdakı nümayəndəliyinə məxsus avtomobil piyadanı vurdu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ şössesində qeydə alınıb. Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi "Mitsubishi" markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...