Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İmişlidə kimsəsiz qadını zorlayaraq 1000 manat pulunu oğurladılar

İmişli şəhərində dəhşətli hadisə baş verib.

Mynews.az avropa.info-ya istinadən xəbər verir ki, İmişli şəhəri, Şıxlinski küçəsi, ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir) 3 nəfər tərəfindən zorlanıb.

Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər bununla yanaşı mənzildən 1000 manat da pul oğurlayıblar.

Faktı İmişli Rayon Polis İdarəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...