Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda sərnişin avtobusu qəza törətdi - FOTOLAR

Sumqayıt şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Mynews.az xeberle.com-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, 7 nömrəli marşrut xətti üzrə hərəkət edən 50AE632 dövlət nömrə nişanlı sərnişin avtobusu T668EK163 Rusiya dövlət nişanlı Lada Priora markalı minik avtomobiliylə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Sərnişin avtobusunda olan sərnişinlərdən bəziləri yüngül xəsarət alaraq psixoloji sarsıntı keçiriblər. Xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərilib. Əraziyə Sumqayıt şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...