Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaqatalada dəhşətli qəza - ÖLƏNLƏR VAR - VİDEO

Zaqatalada minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Rayon ərazisində baş verən digər qəzada isə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Minik avtomobilinin ağaca çırpılması 2 nəfərin ölümü ilə nəticələnib...
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, ağır qəza səhər saat 4 radələrində Zaqatalada baş verib. Rayonun Aşağı Tala kənd sakini, 29 yaşlı Taleh Qaracayev idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.
Sürücü Taleh Qaracayev hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Aşağı Tala kənd sakini 32 yaşlı Qismət Yunusov isə ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Zaqatalada baş verən digər qəzada isə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə ötən gecə şəhərin Azərbaycan prospektində qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini, 26 yaşlı Rəsul Ramazanovun idarə etdiyi minik avtomobili rayon sakini 70 yaşlı Qulu Razıyevin idarə etdiyi minik maşını ilə toqquşub.
Hər iki sürücü və avtomobillərdən birində olan sərnişin, 41 yaşlı Anar Hacıabdulhəmidzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Sürücü Qulu Razıyev xəstəxanaya daxil olduqdan bir müddət sonra dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...