Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kanalda boğulan gəncin qohumları Bakı-Qazax yolunu bağladılar

Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.

Mynews.az xəbər verir ki, Musavat.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.

Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.

Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: "Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!"

Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...