Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar eden həyat yoldaşının məzarı üstündə özünü öldürdü

Türkiyənin Aydın rayonunda bir ay əvvəl intihar edən həyat yoldaşının kədərinə dözə bilməyən Caner Taşkın yoldaşının məzarı üstündə odlu silahla başından atəş açaraq intihar edib.

Mynews.az Haberler-ə istinadən xəbər verir ki, Caner Taşkın (30) bir müddət əvvəl eyni mahalda Sevcan Taşkın ilə evlənib. Cütlük işə görə Bozdoğana qonşu olan Muğlanın Kavaklıdere ərazisinə köçüb. Ötən ay naməlum səbəblərdən həyat yoldaşı Sevcan intihar edincə Caner Taşkın işdən çıxıb, yoldaşının məzarının yerləşdiyi Bozdoğan mahalına qayıdıb.

Depressiyaya düşən və tez-tez yoldaşının məzarına gedən Caner ötən gün yenə yoldaşının qəbri üstə gedib. Bir müddət sonra qəbiristanlıqdan silah səsi eşidən ətrafdakı insanlar Caner Taşkını yoldaşının məzarı üstündə ölmüş vəziyyətdə tapıblar.

Sosial şəbəkə hesabından tez-tez həyat yoldaşı ilə olan xatirələrini paylaşan Caner "yer bildirişi" edərkən də "Toprak Sevcan" ilə birlikdə qeydini etməsi diqqət çəkirmiş.

Hadisə ilə əlaqədar təhqiqat davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...