Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilərin yaraladığı 13 yaşlı Ramin GÖRÜN NƏLƏR DANIŞDI - VİDEO

Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır.

Mynews.az ARB 24-ə istinadən xəbər verir ki, ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tutur. Avqustun 7-də axşam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralı yeniyetmə əməliyyat olunub, vəziyyəti normaldır. İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün ordu tərəfindən müəyyən tədbirlər görülür. Hadisə barədə danışan Ramin çoxlu qəlpə yarası aldığını bildirib: "Güllə gəldi yanıma düşdü. Partladı, ayaqlarıma dəydi və çoxlu qəlpə yaraları aldım. Yaralanandan sonra tez evə qaçdım". Sözügedən görüntüləri təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...