Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bundan sonra heç kəs pul istəməyəcək" - İntihar - YENİLƏNİB

14:45

Maddi imkansızlıq növbəti dəfə insan faciəsinə səbəb olub.

Bakının Səbail rayonunda 32 yaşlı kişi özünə qəsd edib.

Mynews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Məmmədov Elvir Azər oğlu Salyan şosesində yerləşən evində özünü asıb. İntihar hadisəsi günorta saatlarında baş verib. İlkin araşdırma zamanı intiharın səbəbi məlum olub. Məmmədovun böyük məbləğdə borcu var imiş. Bu səbəbdən iki uşaq atası olan Məmmədov yarım il əvvəl həyat yoldaşından boşanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində Məmmədovun intihardan əvvəl yazdığı və həyatdan getmək qərarının səbəbini açıqladığı məktubu tapıblar: "Mən xoşbəxtəm, çünki bundan sonra heç kəs məndən pul istəməyəcək".

Məlumata görə, Məmmədov özünə qəsdi boşandıqdan sonra yaşadığı bir tanışının evində gerçəkləşdirib. Faktla bağlı araşdırma aparılır.

----------

14:10

Bakıda intihar hadisəsi baş verib. 

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
20-ci sahə adlanan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Məmmədov Elvir Azər oğlu özünü iplə asaraq intihar edib. Onun meyiti ekspertiza olunub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...