Məşhur azərbaycanlı qanuni oğrudan BİABIRÇI ƏMƏL - Kişiləri zorlayırmış... - VİDEO
Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanılıb.
Mynews.az yenicag.az-a istiaden xəbər verir ki, saxlanılan 56 yaşlı “qanuni oğru” Yunus Nəzərov kriminal aləmdə daha çox Yunus Bakinski ləqəbilə tanınır.
Qanunsuz olaraq Rusiya ərazisində olan Nəzərov 3 gün ərzində bu ölkəni könüllü şəkildə tərk etməlidir.
Saxlanıldıqdan sonra nəzərdən itən Nəzərovun sözügedən qərara tabe olub-olmayacağı bəlli deyil. Belə ki, 2015-ci ildə Yunus 2 dəfə miqrasiya rejimini pozduğu üçün saxlanılaraq ölkədən deportasiya edilib. Odur ki, əgər Rusiyanı tərk etmək “qanuni oğru”nun planlarına daxil deyildisə, onun tez bir zamanda yenidən geri qayıdacağı gözlənilir.
Əldə olunan məlumatlara görə, Yunus Nəzərov 6 dəfə həbs olunub. Bakinski 1982-ci ildə Yetim Hüseyn tərəfindən “taclandırılıb”. 2008-ci ildə Nəzərova qarşı sui-qəsd təşkil olunub. Sui-qəsdi təşkil edən tərəf Bakinskinin məhkum kişiləri döyərək zorladığını bildirib. Onun sözlərinə görə, Nəzərovu məhz öz kişi şərəfini qorumaq üçün öldürməyə cəhd edib.
Saytın məlumatına əsasən, hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var. Onlardan yeddisi hazırda cəzaçəkmə müəssisələrindədir: Zaur Naxçıvanski, Tolik Naqinski, Albert Piterski, Rüfət Gəncinski, Emin Aciqabulski və İlqar Bakinski Rusiyada, Quli isə Azərbaycanda. Titullu azərbaycanlılardan üçü hazırda törətdikləri ağır cinayətlərə görə axtarışdadırlar: Rəşad Gəncinski və Yusuf Şamxorski Rusiyada, Rafət Əlibayramski isə Azərbaycanda. Rusiya ərazisində yalnız bir “qanuni oğru” – Vaqif Bakinski leqal yaşayır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 931 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 911 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 903 dəfə oxunub