Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vəzifəli şəxsin gəlinini zorlayan Fəttahla bağlı ŞOK - Görün harada işləyirmiş...

Sumqayıtda 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olduğunu, təcavüz zamanı qadını boğaraq öldürdüyünü xəbər vermişdik.

Mynews.az xəbər verir ki, yenicag.az-a Fəttah Nuriyevlə bağlı məlumatlar daxil olub. Əldə edilən bilgiyə görə, adıçəkilən şəxs hadisəyə qədər Sumqayıtda fəaliyyət göstərən “Qayalı” marketdə fəhlə kimi çalışırmış. Maraqlıdır ki, qadını zorlayaraq öldürən şəxsin özü evli imiş. O, ötən il ailə həyatı qurub. Fəttahın 9 aylıq uşağı da var.

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...