Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TƏCİLİ! Azərbaycanlı idmançı nazirliyin önünə benzin tökdü - Yaxın gəlsəz, özümü yandıracam - VİDEO

Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.

AZXEBER.COM-un məlumatına görə, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.

İdmançı deyib: “3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam”.

Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.

Qeyd edək ki, boksçu Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib.

O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq.

Həmin videonu təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...