Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnstituta qəbul ola bilmədi, intihar etdi - Bakıda 19 yaşlı gəncin faciəsi-FOTO

Bakıda intihar hadisəsi qeydə alınıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Ağayev Elman Cəmil oğlu özünü yaşadığı evin qapısından asıb. Köynəyi ilə özünü asan gəncin intihar etməsinə isə qəbul imtahanından az bal yığması səbəb olub.

19 yaşlı gənc, intihar etməzdən öncə “WhatsApp”da status bölməsinə ölümdən yox, anasının göz yaşı axıtmağından qorxduğunu yazıb.

Qonşulardan aldığımız məlumata görə, III qrupa imtahan verən Elman, 201 bal toplaya bilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...