Şamaxıda dəhşətli qəza - 1 ölü, 6 yaralı var - VİDEO
Şamaxıda minik avtomobili dərəyə aşıb. Hadisə zamanı maşında olan 7 nəfərdən biri ölüb, 6 nəfər xəsarət alıb. Goranboyda isə minik avtomobili piyadanı vuraraq öldürüb.
Minik avtomobilinin dərəyə aşması 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, ağır qəza ötən gecə Şamaxı-Pirqulu yolunun Şamaxının Nağaraxana kəndindən keçən hissəsində baş verib. Rayon sakini Arif Bünyətovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.
Sürücü və avtomobildə olan 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq rayon sakini, 29 yaşlı Səxavət Cəbiyevin həyatını xilas etmək mümkün olmayıb.
Tərlan İsgəndərovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Məlumata görə, xəsarət alanlar Şamaxı şəhərindəki restoranların birində ofisiant işləyirlər. Onların hamısı bir avtomobilə minərək toy mərasimindən evə qayıdırmış.
Goranboyda isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə ötən gecə rayonun Qızılhacılı qəsəbəsində baş verib. Qəsəbə sakini, 57 yaşlı Afərin Həsənova yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Qadını vuran avtomobil daha sonra başqa bir minik maşınına çırpılıb. Ağır bədən xəsarətləri alan Afərin Həsənova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 965 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 925 dəfə oxunub