Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 23 yaşlı oğlan özünü 10-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Musayev Həzrət Əsədulla oğlu Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383-də 49 saylı binanın 10-cu mərtəbəsindən, 154 saylı mənzildən özünü atıb. H.Musayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Fakla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...