Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya çempionu anasının başını kəsdi - FOTO

Moskvada qolf üzrə Rusiya çempionu, idman ustası Artyom Nesterov məhkəmənin qərarı ilə istintaqın aparıldığı müddətə iki aylıq həbs edilib.

Mynews.az xəbər verir ki, bu barədə Virtualaz.org NTV telekanalına istinadən məlumat verir . 

Məlumata əsasən, ötən cümə günü, avqustun 11-də Moskva yaxınlığındakı Ryazanskoye yaşayış məntəqəsində qarın nahiyəsində bıçaq yaraları olan və başı bədənindən ayrılmış qadın meyiti aşkarlanıb. Müəyyən edilib ki, başsız meyit 66 yaşlı qadına məxsusdur.

Qəddar qətlin həyata keçirilməsində şübhəli bilinərək mərhum qadının oğlu, qolf üzrə Rusiya çempionu Artyom Nesterov ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

A.Nesterov qətli özünün törətdiyini etiraf edib. Bildirilir ki. anasını öldürdükdən sonra idmançı öz həyat yoldaşına zəng vuraraq törətdiyi hadisə barədə məlumat verib.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...