Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada azərbaycanlı və erməni əlbir olub, quldur dəstəsi yaratdılar

Moskva polisi Qazaxıstan vətəndaşına qarşı quldurluq edən şəxsləri yaxalayıb. 

Mynews.az-ın xəbərinə görə, bu barədə Lent.az Rusiya KİV-ə istinadən məlumat verir. 

Məlumata əsasən, 43 yaşlı Qazaxıstan vətəndaşı Rusiya paytaxtının Permskaya küçəsində iki nəfər tərəfindən qarət edildiyi barədə polisə müraciət edib. O bildirib ki, Moskvaya “Volvo” markalı yük maşını ilə mal gətiriblərmiş. Permskaya küçəsində avtomobil dayanacağında onlara “Volkswagen” markalı avtomobildə iki nəfər yaxınlaşıb. Sürücünü və yoldaşını tapançayla hədələyən quldurlar onların 74 min rublunu (təxminən 2 min 100 manat) alaraq ərazini tərk ediblər.

Polis quldurların izinə düşə bilib. Hər iki şəxs Moskvanın Nejinskaya küçəsində yaşadıqları evdə yaxalanıblar. İlkin araşdırma zamanı məlum olub ki, quldurlardan biri 57 yaşlı Azərbaycan, digəri isə 28 yaşlı Ermənistan vətəndaşıdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...