Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərlə arvadı avtobus sürücüsünü döydülər - VİDEO

"Çəkil, mən də vurum! Alçaq!" Bu sözləri deyən qadın yerə yıxılmış avtobus sürücüsünü təpikləməyə başlayıb.

Mynews.az Milli.Az-a istinadən bildirir ki, olay İspaniyanın İbisa kurortundakı San-Antonio şəhərciyində yaşanıb.

Benimussa parkının yaxınlığında dayanmış avtobusdan sürücünü sürüyüb yerə salan ərlə arvad onu döyməyə başlayıblar.

Sürücünün suçu, nə üçün döyüldüyü bəlli olmayıb.

Lakin ərlə arvadın sərxoş olduqları aydın idi.

İbisa polisi xuliqan ər-arvadı saxlayıb.

Onların Britaniya vətəndaşları olduqları aydınlaşıb.

Sürücünün dediyinə görə, sərxoş britaniyalı turist ona "Avtobusu tez sür, sürətli sür!" əmrini verib.

"Mən ona bunun mümkün olmadığını, sərnişinlərin həyatı ilə risk edə bilməyəcəyimi dedi. O isə "Çimərliyə tələsirik, axmaq!" deyərək məni söyməyə, sonra da vurmağa başladı. Avtobusu saxladım, onlardan düşmələrini istədim. Məni döydülər", - sürücü Manuel Santyaqo deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...