Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dələduzu məhkəmə zalında həbs etdilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənQalib Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanınsədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Zamində olan Q. Süleymanov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Q. Süleymanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...