Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istədi

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edir.

Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyevvə Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses avqustun 21-də davam etdiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...