Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Almaniyada bomba təhlükəsinə görə 10 mindən çox insan təxliyyə edilib

Almaniyanın Hildeshaym şəhərində 10 mindən çox insan İkinci Dünya Müharibəsindən qalmış bombanın aşkarlanması ilə əlaqədar təxliyyə edilib.

Mynews.az Report-a istinadən məlumat verir ki, bu barədə yerli hakimiyyət orqanları xəbər yayıb.

Qeyd olunur ki, bomba çərşənbə gününə keçən axşam, şəhərin mərkəzində tikinti işləri aparılarkən aşkar edilib. Onun zərərsizləşdirilməsi işi zamanı hakimiyyət orqanları bombanın tapıldığı əraziyə 1 kilometr radiusda girişi bağlayıblar.

Bombanın tapıldığı ərazidə YUNESKO-nun Ümumdünya irsinin bir neçə obyekti, o cümlədən Hildeshaym və Müqəddəs Mixail kilsələri yerləşir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...