Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının mərkəzi küçəsində qorxulu hadisə - qadını yolun ortasından çıxartdılar

Bu gün səhər saat 08:40 radələrində "Koroğlu" metro stansiyasının qarşısında qorxunc hadisə baş verib.

Mynews.az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, keçid nişanı olmayan hissədən yolu keçmək istəyən təxminən 40-45 yaşlarında bir qadın yolun ortasında naməlum səbəblərdən huşunu itirərək yıxılıb.

Avtomobillərin sıx hərəkəti ilə müşahidə olunan yolda xoşbəxtlikdən qəfil yıxılan qadına maşınla xəsarət yetirməyiblər. Ətrafdakı sərnişinlər tərəfindən dərhal yolun ortasından səkiyə çıxarılan qadına ilk yardımı da vətəndaşlar ediblər. Qadının həyati təhlükəsinin olmadığı deyilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...