Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşdu - FOTO

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var.

Mynews.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı, 90 ST  494 dövlət nömrə nişanlı avtomaşınla motosiklet toqquşub. 

Nəticədə motosikletin sürücüsü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...