Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lerikdə avtomobil dərəyə aşıb - iki ölü, iki yaralı

Lerikdə avtomobil dərəyə aşıb.

Mynews.az-ın “APA”ya istinadən verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun 24-cü km-də “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölənlərdən biri qadındır. Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlar Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...