Bakıda reyddə gərgin anlar - Polisə daşla hücum etdi - VİDEO
Paytaxt Bakıda yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi məqsədi ilə reyd keçirilib.
Mynews.az ARB 24-ə istinadən xəbər verir ki, yoxlama zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verdi.
Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinmədi.
Daha bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanıldı. “Lexsus” markalı bu avtomobilin sahibi içkili vəziyyətdə maşını idarə etdiyi üçün onun barəsində müvafiq protokol tərtib edildi.
Reyd zamanı avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyən edildi. Həmçinin sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanıldı. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum oldu.
Reyd zamanı barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görüldü. Tədbir zamanı saxlanılan nəqliyyat vasitələri DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirildi.
Paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub