Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan kömək üçün Gürcüstana helikopter göndərdi

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Mynews.az FHN-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...