Bakıda film kimi təqib - Polis avtoxuliqanı tutmaq üçün səfərbər oldu - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, avqustun 18-də Rəşid Behbudov küçəsində vətəndaş Əlişan Qasımovun idarə etdiyi “Daewoo” markalı 90 PX-543 dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılması barədə qərar olduğu üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.
Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.
Sürücünü görülən tədbir nəticəsində Xətai rayonu, Nobel prospektində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.
Araşdırma zamanı Ə. Qasımovun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2016-cı il avqustun 10-da başa çatdığı və o vaxtdan avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
Xətai Rayon Məhkəməsinin qərarı ilə sürücü Ə. Qasımov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati həbs edilib.
Hadisə
- Bakıda maşın mağazaya belə girdi - ANBAAN VİDEO
- Dəm qazı daha bir tələbənin canını aldı - Bakıda faciə
- Qatarla avtomobilin toqquşması zamanı ölənlərin - ADLARI
- Azərbaycanda qatar avtomobillə toqquşdu - Ölənlər var
- BDU-nun 2 tələbəsinin vəziyyəti pisləşib
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO 555 dəfə oxunub
- Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO 554 dəfə oxunub
- Qışın ilk ayında neçə gün dincələcəyik? 199 dəfə oxunub
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 190 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 188 dəfə oxunub