Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlandı
Bakıda üç qardaş salam vermədiklərinə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Mynews.az Report-a istinadla xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Savalan qəsəbəsində küçədə orta yaşlı kişi (hələlik adı açıqlanmır) 1980-ci il təvəllüdlü İbrahimov Ruslan Rüstəm oğlu ilə ona salam vermədiyinə görə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Nəticədə R.İbrahimov ürək nahiyəsindən bıçaqlanıb.
Qardaşının bıçaqlandığını görən 1978-ci il təvəllüdlü İbrahimov Ramin Rüstəm oğlu və 1999-cu il təvəllüdlü İbrahimov Rəhman Rüstəm oğlu hadisəni törədən şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı həmin şəxslər də bıçaqlanıb.
Bıçaqlananların üçü də xəstəxanaya yerləşdirilib. Onlardan Ruslan İbrahimovun və Ramin İbrahimovun vəziyyəti olduqca ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hadisəni törədən şəxs axtarışdadır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1108 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1018 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 936 dəfə oxunub