Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya çempionunu öldürən azərbaycanlının yerini deyənə - YARIM MİLYON MÜKAFAT

Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk vilayəti üzrə idarəsi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürən azərbaycanlının yeri barədə məlumatın müqabilində 500 min rubl (14 min manatdan artıq) pul mükafatı təyin edib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib. Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır.

Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.

Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona “çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...