Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada zavodda insident: 3 ölü, 2 yaralı

Rusiyanın Nijni Novqorod şəhərində “QAZ” avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, həmin şəxs zavodun keçmiş işçisi olub.

Ehtimal olunur ki, zavod rəhbərliyinin onu işdən çıxması hücumun əsas səbəbidir. Məlumata görə, həmin şəxs zavod rəhbərliyinə hücum etməklə işdən çıxarılmasının qisasını alıb.

“O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O da özünü saxlaya bilməyib, bu hadisəni törətdi”, - deyə zavodun əməkdaşlarından biri bildirib.

Hadisə yerinə təcili tibbi yardım maşınları və həkimlər cəlb olunub.

Hələlik hüquq-mühafizə orqanları rəsmi açıqlama verməyib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...