Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azərişığ”ın avtomobilini yandıran şəxs tutuldu

Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.

Mynews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-ə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Məmmədov saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...