Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Masazırda körpə faciəvi şəkildə öldü

Abşeron rayonunda körpə üzərinə televizor düşməsi nəticəsində ölüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2016-ci il təvəllüdlü Zeynalova Səma valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor körpənin üzərinə aşıb.

S.Zeynalova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...