Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar
Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb. Hadisə ilə bağlı aktyorla əlaqə saxlamağa çalışdıq. Elxanın telefonuna cavab verən qardaşı Toğrul xəbəri təsdiqlədi: “4 gün əvvəl qardaşımın başına iş gəlib. O, Sumqayıtda, küçədə kütləvi dava edən insanları ayırmaq istəyib. Əvəzində vurub onun da çənəsini sındırıblar. Dostu dərhal xəstəxanaya çatdırıb. Həkimlər təcili əməliyyat etdilər. 3 saatlıq əməliyyat çox ağır keçdi. Narkozdan çox gec ayıldı. İndi özünü nisbətən yaxşı hiss edir”.
Toğrulun sözlərinə görə, həkimlər Elxana bir müddət danışmağı qadağan edib: “Elxan hərəkət edir, amma bir müddət danışa bilməz. Həkimlər deyir ki, hələ özünü gözləməlidir. Şükür, hər şey yaxşı qurtarıb”.
Onu da öyrəndik ki, baş verən hadisəyə görə aktyor ona xəsarət yetirən insanı polisə verməyib: “Əslində, bu hadisənin qardaşıma aidiyyəti yox idi, sadəcə olaraq, kimlərəsə kömək etmək istəyib. Arada özü xəsarət alıb”.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub