Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbulda məhkəmənin yanında atəş açılıb: 2 nəfər yaralanıb

İstanbulda Anadolu Məhkəməsinin dəhlizində iki tərəf arasında mübahisə yarandığından binadan çıxarılıblar. 

Mynews.az-ın xəbərinə əsasən, bu barədə Report "Habertürk"ə istinadən məlumat verir.

Məlumata əsasən, bu zaman yoldan keçən avtomobildən mübahisə edən tərəflərə açılan atəş nəticəsində 2 nəfər yaralanıb. 

Onlardan birinin vəziyyəti ağırdır. 

Avtomobildə üç şübhəlinin olduğu və onların hadisə yerindən qaçdıqları bildirilir. 

Onların tutulması istiqamətində axtarış-əməliyyat tədbiri keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...