Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə olundular - YENİLƏNİB - VİDEO

Sumqayıtda səhər saatlarında yanğın olub.

Mynews.az ARB 24-yə istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən 5 mərtəbəli yataqxana binasında baş verib.

Alov ümumi sahəsi 20 kvadratmetr mənzilin eyvanında başlayıb. Nəticədə 6 kvadratmetr ərazi,  2 ədəd taxta dolab, 1 ədəd soyuducu və geyim əşyaları yanaraq kül olub. Binanın beşinci mərtəbəsində yaşayan 30 nəfər sakin təxliyə olunub.

Alov Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...