Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Vicdan haqqı” serialının aktyoru qəzaya düşdü

“Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoruİbrahim Çingiz avtomobil qəzası keçirib.

Mynews.az-ın yenicag.az-a istinadla məlumatına görə, qəza nəticəsində aktyorun idarə etdiyi “BMW” markalı avtomobilinə ciddi ziyan dəyib.

O, xəbəri təsdiqləyib: “Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...