Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gədəbəydə ağır qəza: Sürücü komaya düşdü

Gədəbəy rayonunun mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az report.az-a istinadən bildirir ki, 1986-ci il təvəllüdlü Abbasov Elvin Bakir oğlu "VAZ-21011" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Sürücü açıq kəllə-beyin travması alıb və onun onurğa sümüyü sınıb. O, Bakıya özəl xəstəxanaların birinə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, sürücü koma vəziyyətdindədir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...