Azərbaycanlı "qanuni oğru" Abxaziyada güllələndi - YENİLƏNİB

Abxaziyada atıışma nəticəsində ağır yaralanan "Rəşad Gəncinski" ləqəbli, tanınmış "qanuni oğru" Rəşad İsmayılovla bağlı yeni xəbər var.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, "Rəşad Gəncinski" Udauti şəhərindən Suxumiyə gətirilib.
"O, hazırda Suxumi şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır. Udautidəki restoranda baş vermiş dava və atışma nəticəsində Rəşad güllə yarası alıb, bir neçə qabırğası sındırılıb, daxili orqanları zədələnib. Bu gün onu növbəti dəfə əməliyyat edəcəklər. Rəşad İsmayılov xəstəxanada ciddi nəzarət altındadır. Onunla bir yerdə olan "qanuni oğru" Ruslan Stavropolskidən isə xəbər yoxdur", - deyə məlumatda bildirilib.
25.08.2017 (11:22)
Azərbaycanlı qanuni oğru “Rəşad Gəncinski”nin Abxaziyada güllələnməsinin bəzi təfərrüatları məlum olub.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə “Lotu Quli”nin tapşırığıyla yollanıb. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli qanuni oğru Nikolay Dqebuadzeyə dəstək vermək olub.
Söhbət ondan gedir ki, “Nika” abxaz qanuni oğruları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli” “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.
Qudautiyə gələn İsmayılov və Roma Stavropolski şəhərdəki restoranların birində “Nika”yla düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. Stavropolski yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən isə “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə Rəşad və “Nika Qaqrinski” güllə yarası alıblar. Yaralıların hara yerləşdirildiyi barədə isə məlumat yoxdur.
10:38
Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, Rəşad və onunla birgə olan abxaz Nika Qaqrinski “Piza” ləqəbli avtoritet tərəfindən tapançayla vurulub. Hadisə şəhərdəki restoranlardan birində baş verib.
Məlumata görə, Rəşad Abxaziyaya "Lotu Quli" tərəfindən xüsusi missiya ilə göndərilibmiş.
Hadisə
- Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
- İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."
- Gürcüstan Azərbaycanla sərhəddi açdı – - YENİ QAYDALAR
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 901 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 592 dəfə oxunub
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama 590 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 588 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 588 dəfə oxunub