Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Silah anbarındakı partlayışla bağlı cinayət işi başlandı

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

Mynews.az-ın xəbərinə görə, bu, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin silah anbarında baş verən partlayışla əlaqədar yaydıqları birgə məlumatda əksini tapıb.

İstintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...