Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 69 yaşlı kişinin FACİƏLİ ŞƏKİLDƏ ölümü

Göygöl sakini ağacdan yıxılaraq dünyasını dəyişib.

Mynews.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yalqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1948-ci il təvəllüdlü Cabbarov Mustafa Əlibaba oğlu həyətində olan qoz ağacına çıxıb qoz çırpan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan M. Cabbarov dərhal xəstəxanaya yerləşdirilsə də, onu həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...