Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəmkirdə ağır qəza: Xəstəxananın laborantı öldü

Şəmkir rayonunda yol qəzası baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində “NAZ Lifan” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə “NAZ Lifan”ın sərnişini, 1964-cü il təvəllüdlü Aslanova Bəsti Qüdrət qızı hadisə yerində ölüb, avtomobildə olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölən qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasının laborantı olub.

Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza “Naz Lifan”ın sürücüArzuman Allahverdiyevin günahı ucbatından baş verib.

A. Allahverdiyev bundan əvvəl də yol-hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə cəzalandırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...