Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Silah anbarındakı partlayış nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı açıqlandı

Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda 3 yaşayış evi qəzalı vəziyyətə düşüb.

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yaşayış evlərindən 2-si Giləzi, 1-i isə Şuraabad kəndində yerləşir.

Xızı rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin evlərdə yaşayanlar təhlükəsiz yerlərə köçürülüb. Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindən təxliyyə olunan vətəndaşlar isə artıq evlərinə qayıdıb.

Hazırda Xızı rayonuna dəyən ümumi zərərin hesablanması üçün işlər davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...