Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tibb işçisi 80-dən çox xəstəni öldürüb

Almaniyada tibb işçisi (tibb qardaşı) 80-dən artıq insanın ölümündə şübhəli bilinir.

Mynews.az Trend-ə istinadən bildirir ki, bundan əvvəl tibb işçisi Nils Heyqel iki xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 2015-ci ilin fevralında ömürlük azadlıqdan məhrum edilib.

N.Heyqel bəyan edib ki, Delmenhorst və Oldenburq şəhərlərində yerləşən xəstəxanalarda reanimasiya şöbələrində 90-a qədər xəstəni dozadan xeyli artıq dərman verərək öldürüb.

Xüsusi komissiyanın araşdırmaları nəticəsində 84 ölüm halı müəyyən edilib.

N.Heyqelin cinayət əməlini 2005-ci ildə onun həmkarlarından bir görüb. O zaman inyeksiyadan sonra xəstə yaşayıb və N.Heyqel 7.5 il azadlıqdan məhrum edilib. Bu hadisədən sonra bir neçə cəsəd eksqumasiya edilib və onlarda dərman izləri müəyyən edilib.

Cinayətkar tibb işçisi etiraf edib ki, həddən artıq dozada dərman verməklə xəstələri reanimasiyaya yerləşdirib öz həmkarları qarşısında xilasedici rolunda çıxış etmək məqsədi güdüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...